            <name>Azvision</name>
				<content:encoded> <![CDATA[ABŞnin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) bu barəd hesabatında bildirib. Hesabata görə, xəstələrin təcrid olunma səviyyəsi aşağı (20%) olduğu halda, üç ay ərzində yoluxma hallarının sayı 20 mini keçə bilər ki, bu da 65 faiz yoluxma deməkdir. Əhalinin 70 faizinin təcrid edilməsi halında isə bu risk 5 faizə qədər azalır. 
Bu nəticələr ictimai səhiyyə sahəsində effektiv tədbirlərin vacibliyini göstərir. Hazırkı epidemiya artıq Bundibuqyo virusunun törətdiyi Ebola qızdırmasının indiyədək qeydə alınmış ən böyük yayılması hesab olunur və qısa müddətdə ən genişmiqyaslı epidemiyalarından birinə çevrilə bilər, – məlumatda bildirilir. 
Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (Africa CDC) rəhbəri Jean Kaseya bildirib ki, Konqo Demokratik Respublikası və Uqandada laborator təsdiqlənmiş Ebola yoluxmalarının sayı 397yə çatıb. Onun sözlərinə görə, təhlükəli infeksiya nəticəsində azı 63 nəfər həyatını itirib. 
Virus hava, su və ya qida vasitəsilə keçməsə belə, Afrika qitəsində geniş yayılması ehtimalı yüksəkdir. 
      AzVision.az       
				<content:encoded> <![CDATA[XİNdən verilən məlumatda bildirilib ki, 5 iyun tarixində Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilmiş dron hücumu nəticəsində vətəndaşlarımızın həlak olduğu və xəsarət alması xəbərindən dərhal sonra Azərbaycanın Rusiya Federasiyasındakı Səfirliyinin əməkdaşları dərhal əraziyə yola düşüblər: 
Səfirliyin Konsulluq bölməsinin əməkdaşları hazırda Yeysk şəhərindədir və yaralanmış, habelə xilas edilmiş Azərbaycan vətəndaşlarının yanında olaraq müvafiq konsulluq dəstəyi göstərirlər. Yaralıların vəziyyəti yaxşıdır, bir neçəsinin qısa müddətdə xəstəxanadan buraxılması nəzərdə tutulur. 
Rusiya Federasiyasının aidiyyəti qurumları tərəfindən həyata keçirilən axtarışxilasetmə tədbirləri çərçivəsində həlak olan şəxslərin kimliklərinin müəyyənləşdirilməsi və digər zəruri tədbirlər davam etdirilir. 
Eyni zamanda, xilas edilmiş Azərbaycan vətəndaşları üçün sənədləşdirmə işlərinin həyata keçirilməsi, onların qayıdış şəhadətnamələri ilə təmin olunması və ölkəyə qayıdışlarının təşkili istiqamətində zəruri tədbirlər görülür. 
Xarici İşlər Nazirliyi məsələni xüsusi nəzarətdə saxlayır və aidiyyəti qurumlarla sıx əlaqələndirmə işləri aparır. 
Bildirilib ki, həlak olan şəxslərin kimlikləri, onların cənazələrinin ölkəmizə gətirilməsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək. 
      AzVision.az       
				<content:encoded> <![CDATA[İyunun 6sı Ermənistanda sükut günüdür. Bu da seçki kampaniyası və ya təşviqatının qadağan olunduğu deməkdir.  
Qanunvericiliyin xüsusiyyətlərinə görə, bu və ya digər qüvvəyə əlavə mandatların verilməsi üçün normalar olmadığı təqdirdə, ən azı 105 deputat seçiləcək. Ermənistan parlamenti proporsional sistem üzrə, yəni yalnız partiya siyahıları ilə seçilir. Ermənistan Milli Məclisinin 9cu çağırışında yerlər uğrunda 18 siyasi qüvvə mübarizə aparır. Onlardan 16sı siyasi partiya, 2si isə partiya ittifaqıdır. Parlamentə daxil olmaqdan ötrü limit partiyalar üçün 4 faiz, ittifaqlar üçün isə 8 faizdir.  
Vətəndaşlar və media seçkilərdə favoritləri kimi üç əsas namizədi göstərir. Bunlar indiki Baş nazir Nikol Paşinyanın Vətəndaş Müqaviləsi partiyası, ikinci yeri Samuel Karapetyanın Güclü Ermənistan alyansı və üçüncü yeri keçmiş prezident Robert Köçəryanın Ermənistan alyansı tutur.]]></content:encoded>
				<content:encoded> <![CDATA[Kəlbəcər rayonu Ömər aşırımı ərazisində xidməti vəzifələrini yerinə yetirərkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Mənsimli Rəcəb Miriş oğlu və Osmanov İlyas Coşqun oğlu bölgənin qarlı və buzlu olması səbəbindən yıxılaraq dərəyə düşüblər.  
Bu barədə Müdafiə Nazirliyinin məlumat yayıb.  
Müxtəlif bədən xəsarətləri alaraq yaralanan Osmanov İlyas Coşqun oğlu dərhal ilk yardım göstərilərək yaxınlıqdakı tibb müəssisəsinə təxliyə olunub. Vəziyyəti stabildir. Təəssüflə bildiririk ki, aldığı xəsarətlər nəticəsində Mənsimli Rəcəb Miriş oğlunun həyatını xilas etmək mümkün olmayıb.  
Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçuya Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailəsinə dərin hüznlə başsağlığı verir, yaralı hərbi qulluqçuya şəfa diləyir, MNdən bildirilib.  
Faktla bağlı araşdırma aparılır.]]></content:encoded>
				<content:encoded> <![CDATA[AzVision.az xəbər verir ki, tədbir Prezident İlham Əliyevin Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında Sərəncamına əsasən, Mədəniyyət Nazirliyi və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə reallaşdırılıb.  
Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar çıxış edərək bildirib ki, Səməd Vurğunun yaradıcılıq işığı bu gün də xalqımızın müxtəlif nəsillərinin nümayəndələrini Vətəni, torpağı və ana dilini sevməyə səsləyir.  
Xalq yazıçısı qeyd edib ki, məktəb illərindən Səməd Vurğunun Azərbaycan şeirini əzbər bilirik və poeziyamızda bu qədər geniş yayılan başqa bir şeir tapmaq çətindir.  
Səməd Vurğun qəlblərdə yaşayır və bundan sonra da yaşayacaq. Çətin və mürəkkəb bir dövrdə fəaliyyət göstərən şair öz yaradıcılığı ilə xalqın yaddaşında silinməz iz qoyub. Onun Vaqif pyesi Azərbaycan xalqını məhv etməyin mümkünsüz olduğunu bir daha xatırladır. İllər keçsə də, şairin sözü və ideyaları hər zaman yaşayacaq və eşidiləcək, – deyə Anar vurğulayıb.  
Tədbirin bədii hissəsində incəsənət ustaları şairin şeir və poemalarından parçalar səsləndirib, sözlərinə bəstələnmiş mahnıları ifa ediblər. Həmçinin Səməd Vurğunun həyat və yaradıcılığını əks etdirən videoxronika materialları nümayiş olunub.  
Tədbirin ssenari müəllifləri Mehriban Zəki və İlqar Fəhmi, rejissoru Mehriban Zəki, məsləhətçiləri Aslan Salmansoy, Aygün Bağırlı, Vurğun Vəkilov.  
Gecədə Xalq artistləri Eldost Bayram, Mehriban Zəki, Əməkdar artistlər Elşən Rüstəmov, Həcər Ağayeva, Afaq Abasova, Arzu Əliyeva, Günəş TeginMehdizadə, Vüqar Hacıyev, Səmimi Fərhad, Sabirə Rüstəmli, İbrahim Çingiz, Türkay Cəfərli, İsmayıl Davudlu, Atəş Qarayev, Nadir Rüstəmli, Rəvan Qaçayev, Aşıq Samir Cəlaloğlu, pianoçu Vurğun Vəkilov və bədii qiraətçi Xəzər Süleymanlı çıxış ediblər.  
Yubiley gecəsində Mustafa Mehmandarovun dirijorluğu ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri və Təranə Yusifovanın rəhbərliyi ilə Beynəlxalq Muğam Mərkəzinin Xoru da çıxış edib.  
      AzVision.az      ]]></content:encoded>
				<content:encoded> <![CDATA[2024cü ilin sentyabrında Hizbullah liderlərinin partlayan peycerləri, 2025ci ilin iyununda İranın daxilində sabotaj yaratmağa çalışan yüzlərlə agentdən ibarət şəbəkə Barneanın əsəri idi. Hizbullahın lideri Həsən Nəsrullahın qətli də bu siyahıya yazılmalıdır. 
2024ci il, sentyabrın 27də peycerlərin 10 günlük atəşfəşanlığından sonra İsrailin Müdafiə Qüvvələrinin (IDF) F15I təyyarələri Nəsrullahın Dahiyadakı (Beyrut) qərargahına 85 bomba atdı. Beləcə, Hizbullahın 30 illik lideri 20 komandirlə birlikdə məhv edildi. Onların arasında təşkilatın yeni hərbi rəhbəri olan Əli Karaki də var idi. 
Bu əməliyyat uzun müddət toplanan informasiyanın və yüksək ustalıqla görülmüş hazırlığın nəticəsi idi. Sonradan məlum oldu ki, IDFin dəqiq zərbələr endirə bilməsi üçün Mossadın agentləri  Nəsrullahın bunkerində xüsusi qurğular yerləşdiribmiş. Bu agentlərin çoxu İranda olduğu kimi, Livanda da yerli əhalidən seçilmişdi. Bəzi hallarda zərbələrdən dərhal sonra onlar yenicə bombalanmış əraziyə daxil olaraq, əvvəlcədən yerləşdirilmiş qurğuları oradan götürürdülər ki, heç bir iz tapılmasın. 
 <img src=https://azvision.az/photos/2026/06/barnea1780743626.jpg class=responsiveimg imgresponsive/>     Devid Barnea    
Amma Barneanın sonuncu əsas missiyası İranda planlaşdırılan Şahə qalxan şir əməliyyatı zamanı kürdlərdən islam rejiminə qarşı istifadə etmək olmalı idi. Əslində ideya Trampdan gəlmişdi. ABŞ 2003cü ilə Səddam Hüseynə qarşı yerli kürdlərdən uğurla istifadə etmişdi və indi eyni təcrübəni təkrarlamaq istəyirdi. Mossad bu işin təşkilatçısı olmalı idi. Təşəbbüsə şübhə ilə yanaşanlar çox olsa da, Barnea və komandası əməliyyatlın uğuruna inanırdılar. Skeptiklərin arasında isə hətta CİAnın direktoru Con Retkliff də var idi. 
Şahə qalxan şirin nəriltisi dünyaya yayılandan sonra Mossadın və IDFin    Qəzza zolağında Həmasdan müsadirə etdikləri silahların kürdlərə ötürülməsinə    başlanıldı. Barneanın özü Trampla videosöhbətində bildirmişdi ki, İranla müharibə tez bitməyəcək və bir ilə qədər vaxt aparacaq. 8 milyon kürdün, eləcə də rejimə qarşı olan digər azlıqların ayağa qalxması İran hakimiyyətinin  dayaqlarını sarsıda, çöküşünü tezləşdirə bilər. Baş nazir Benyamin Netanyahu da eyni mövqedən çıxış edib. IDF isə artıq kürdlərin yaşadığı ərazilərdə uçuşa qapalı zona yaratmış, Bəsicin kritik obyektlərinə zərbələrin endirilməsinə başlamışdı. 
Amma hər şey hazır olsa da, əməliyyata icazə verilmir. Əməliyyat otağı kitabının müəlliflərindən biri    Yona Ceremi Bob    yazır ki, burada    əsas rolu ABŞnin vitseprezidenti JD Vens oynayıb.    Əvvəldən İranla müharibəyə qarşı olan Vens kürdlərdən istifadə etmək planı haqda məlumatları    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana sızdırıb. Bundan sonra Ərdoğan birbaşa Trampla əlaqə saxlayaraq, kürdlərin silahlandırılmasının dayandırılmasını tələb edib.    Nəticədə Mossad planın icrasını saxlamalı olub. 
Əgər kürd kartı oyuna qatılsa, nəticə Barneanın planlaşdırdığı kimi olacaqdımı? Demək çətindir. Amma qatılmamasının nəticəsi ortadadır. Şahə qalxan şir əməliyyatının əsas məqsədinə çatılımayıb. Mossadın məlumatına görə, hazırda İran nüvə ehtiyatlarının  60%dən çoxunu İsfahanın cənubundakı Pikax dağının (Kolah qazi) altındakı bunkerdə saxlayır. Əgər Fordodakı bunkerin dərinliyi 8090 metr idiisə, Pikax bunkeri 100 metrə qədər yerin altındadır. ABŞnin GBU57 bombaları isə maksimum 60 metrə qədər dərinliyə nüfuz etməyə qadirdir. Ona görə də bunkerlərin havadan məhv edilməsi real görünmür. Bunun üçün quru əməliyyatına ehtiyac var idi, lakin ordu rəhbərləri yüksək riskləri əsas gətirərək, Trampı belə addım artmaqdan çəkindiriblər. Xüsusilə də pilotların xilası əməliyyatının üzləşdiyi çətinliklərdən sonra Tramp onlara qulaq asmalı olub. 
   Vüsal Məmmədov    
      AzVision.az      ]]></content:encoded>
				<content:encoded> <![CDATA[Bu barədə Politico nəşri NATO ölkələrinin diplomatlarına istinadla məlumat yayıb. Nəşr yazır ki, təklif Kiyevə ayrılan yardımın maliyyələşdirilməsinə nəzarət və şəffaflığın təmin olunması üçün yeni mexanizmin yaradılmasını nəzərdə tutur. 
Məqalədə qeyd olunur ki, təşəbbüs bəzi ölkələrin Ukraynaya dəstəyin maliyyə yükünü digərlərinə nisbətən daha çox daşıdıqlarını bildirmələri fonunda irəli sürülüb. 
Politiconun mənbələrinin iddiasına görə, bu təşəbbüs ötən ay Almaniya tərəfindən təqdim edilib. 
Müvafiq qərarın Ankarada keçiriləcək NATO sammitində müzakirəyə çıxarılması gözlənilir.]]></content:encoded>
				<content:encoded> <![CDATA[Əvvəlcə tədbir iştirakçıları sarayın foyesində Azərbaycan Fotoqraflar Birliyi tərəfindən təşkil edilən Qarabağ – milli irsin yaddaşı adlı fotosərgi ilə tanış olublar.   
Məlumat verilib ki, 2020ci ilin 44 günlük Vətən müharibəsində və 2023cü ilin antiterror əməliyyatı ilə azad olunan ərazilərimizdə otuzillik işğal zamanı erməni vandalizminə məruz qalmış tarixmədəniyyət abidələri və digər infrastruktur obyektlərinin dağıdılmış vəziyyəti öz əksini tapıb. İşğaldan sonra Azərbaycan dövləti tərəfindən azad torpaqlarda aparılan genişmiqyaslı bərpaquruculuq prosesi də təqdim olunan fotolarda yer alıb.   
Sonra Muğamlar Sarayının böyük zalında qala konsert başlanıb.  
Konserti Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Bahar Seyidova, iki ölkənin mədəniyyət nazirləri Adil Kərimli, Atageldi Şamuradov, mədəniyyət, elm xadimləri və ictimaiyyət nümayəndələri izləyiblər.   
Nazirlər Kabineti sədrinin müavini Bahar Seyidova çıxış edərək iki ölkə arasında əlaqələrin köklü tarixə malik olduğunu bildirib. Deyib ki, Türkmənistan ilə Azərbaycanı birləşdirən çox amillər var. Lakin bunların arasında mədəniyyət amili xüsusi əhəmiyyət kəsb edir. Bahar Seyidova Azərbaycanın incəsənət ustalarına uğurlar arzulayıb.  
Mədəniyyət naziri Adil Kərimli çıxışında Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə qardaş ölkənin hökumətinə minnətdarlığını bildirib.  
Qeyd olunub ki, iki ölkə arasında bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələr ildənilə inkişaf edir. Qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi mədəni əlaqələrin daha da dərinləşməsinə böyük töhfə verir.  
Sonra səhnə incəsənət ustalarımızın ixtiyarına verilib.  
Konsertdə Xalq artistləri Azər Zeynalov, Teyyub Aslanov, Gülyaz və Gülyanaq Məmmədovalar, Faiq Ağayev, Əməkdar artist Gülüstan Əliyeva, solistlər Nərmin Nərimanlı, Rəvanə Qurbanova, Samirə Rəcəbli, Əmrah və Aişə Orucovlar, Fatimə Cəfərzadə, Röya Mürsəlova və Sahib İsmiyev çıxış ediblər.   
Fikrət Əmirov adına Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri (dirijor: Mustafa Aşurov), Azərbaycan Dövlət Rəqs Ansamblı (bədii rəhbər: Xalq artisti Rüfət Xəlilzadə), Savalan qrupu rəngarəng musiqi və rəqs nömrələri ilə gecəyə xüsusi rəng qatıblar.  
Türkmən xalq mahnılarının da yer aldığı proqram tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.   
Azərbaycanın zəngin musiqi və rəqs mədəniyyətinin yüksək səviyyədə təqdim olunduğu gecə türkmən tamaşaçılarına unudulmaz sənət zövqü yaşadıb.]]></content:encoded>
				<content:encoded> <![CDATA[Ağdaş, Abşeron, Lənkəran, Cəlilabad, Sumqayıt, Gəncə, Astara, Göyçay, Sabirabad, Saatlı, Zaqatala, Bərdə, Samux, Biləsuvar, Qax, Şirvan, Masallı, Qusar, Beyləqan, Şəki, Neftçala rayon və şəhərlərinin Təcili tibbi yardım bölmələrinə yeni ambulans və reanimobillər təhvil verilib.  
Avtomobillərdə monitorlu defibrilyator, elektrokardioqraf (EKQ), pulsoksimetr, qlükometr, böyüklər və uşaqlar üçün AMBU dəstləri, portativ və stasionar oksigen sistemləri, mexaniki və elektrik aspiratorlar, vakuum xərək, onurğa taxtası, boyun və hava şinaları, larinqoskop, ilk yardım çantası və digər zəruri tibbi avadanlıqlar yerləşdirilib.   
İtaliya istehsalı olan İVECO markalı ambulanslar texniki spesifikasiyasına görə sadə differensiallı standart və reanimobil təcili tibbi yardım avtomobilləridir.   
Təcili tibbi yardım xidmətinə əlçatanlığı tələb olunan səviyyədə təmin etmək, xidmətin keyfiyyətini artırmaq, resurslardan effektiv və səmərəli istifadə etmək məqsədilə ambulans parkının bütün ölkə üzrə yenilənməsi nəzərdə tutulur.  
Həyata keçirilən islahatlar çağırışlara çatma müddətinin əhəmiyyətli dərəcədə azaldılmasını və vətəndaşlara göstərilən tibbi yardımın keyfiyyətinin daha da yaxşılaşdırılmasını hədəfləyir  
				<content:encoded> <![CDATA[Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşəbbüsü ilə IV Milli Kibertəhlükəsizlik Forumu keçirilib. Azərbaycanın rəqəmsal transformasiyasının aparıcı qüvvələrindən biri olan Azercell Telekom MMC forumun Platin sponsoru qismində tədbirə dəstək göstərib.   
Milli kibertəhlükəsizlik ekosisteminin inkişafına töhfə verən forum beynəlxalq təcrübənin paylaşılması, innovativ yanaşmaların müzakirəsi və yeni əməkdaşlıq imkanlarının formalaşdırılması üçün mühüm platforma rolunu oynayıb. Tədbir çərçivəsində rəqəmsal transformasiya dövründə yaranan yeni kibertəhdidlər, süni intellekt texnologiyalarının bu sahəyə təsiri, eləcə də müasir müdafiə mexanizmləri ətrafında geniş fikir mübadiləsi aparılıb.  
Forum dövlət qurumlarının, özəl sektor nümayəndələrinin, beynəlxalq ekspertlərin və aparıcı texnologiya şirkətlərinin iştirakı ilə baş tutub.   
Forum çərçivəsində keçirilən Rəqəmsal transformasiyada kiber çağırışlar panel müzakirəsində Azercell Telekomun Kibertəhlükəsizlik şöbəsinin rəhbəri Mais Şərifli şirkətin kibertəhlükəsizlik infrastrukturunda süni intellektin rolu ilə bağlı əldə olunmuş real və praktiki nəticələri bölüşüb. O qeyd edib ki, Azercell hazırda korporativ müştərilərə 10dan çox fərqli kibertəhlükəsizlik xidməti təqdim edir.  
Bildirilib ki, Azercell kibertəhdidlərin aşkarlanması və rəqəmsal təhlükəsizlik ekosisteminin mərkəzləşdirilmiş şəkildə idarə olunması məqsədilə süni intellekt arxitekturasını tətbiq edən ilk telekommunikasiya şirkətidir. M. Şərifli kibertəhlükəsizlik analitiklərinin qərarları ilə süni intellekt sistemlərinin verdiyi qərarlar arasında uyğunluq səviyyəsinin hazırda 95%i ötdüyünü vurğulayıb.  
Süni intellekt əsaslı texnologiyalar fasiləsiz fəaliyyət göstərərək əməliyyat proseslərinin sürətini və effektivliyini əhəmiyyətli dərəcədə artırır, bəzi hallarda isə proseslərin icra müddətini ənənəvi yanaşmalarla müqayisədə 40 dəfəyədək azaldır. Eyni zamanda, bu texnologiyalar böyük həcmli məlumatların emalı və təhlili, eləcə də potensial təhlükələrin vaxtında müəyyənləşdirilməsi istiqamətində mühüm imkanlar yaradır.  
Qeyd edək ki, Azercell kibertəhlükəsizlik sahəsində fəaliyyətini Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 20232027ci illər üçün Strategiyasına uyğun olaraq inkişaf etdirir və ölkənin rəqəmsal dayanıqlılığının gücləndirilməsinə yönəlmiş təşəbbüslərin həyata keçirilməsinə davam edir.  
      AzVision.az      ]]></content:encoded>
				<content:encoded> <![CDATA[Yeni yaradılan birgə müəssisədə (East Components Company MMC) ABDFin payı 21% təşkil edəcək. Müəssisə Araz Vadisi İqtisadi Zonası Sənaye Parkı ərazisində fəaliyyət göstərəcək. Dominari şirkəti layihədə əsas investor, avadanlıq təchizatçısı, texniki bilik və istehsal təcrübəsi təminatçısı, həmçinin məhsullar üzrə zəmanətli alıcı qismində çıxış edəcək. Bu əməkdaşlıq modeli layihənin ilkin mərhələdən etibarən stabil bazar çıxışının formalaşdırılmasına xidmət edir.   
Ümumi dəyəri 9,8 milyon AZN təşkil edən layihənin ilk mərhələsində 1,77 hektar ərazidə taxta mebel komponentlərinin istehsalı üzrə ixtisaslaşmış müəssisənin yaradılması planlaşdırılır. Müəssisənin fəaliyyətə başlaması ilə təxminən 70 yeni iş yerinin yaradılması gözlənilir.  
Layihə işğaldan azad olunmuş ərazilərdə sənaye istehsalının genişləndirilməsi, qeyrineft sektorunun inkişafı və yeni məşğulluq imkanlarının yaradılması istiqamətində həyata keçirilən təşəbbüslərə töhfə verməyi hədəfləyir.  
      AzVision.az        
				<content:encoded> <![CDATA[Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Fərmanla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında fəaliyyət göstərən Elektron Təhlükəsizlik Xidmətinin bazasında Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) yaradılıb.  
Yeni qurum Elektron Təhlükəsizlik Xidmətinin hüquqi varisi kimi fəaliyyət göstərəcək və kibertəhlükəsizlik, kibertəhdidlərə qarşı mübarizə, fərdi məlumatların mühafizəsi və milli səviyyədə koordinasiya funksiyalarını daha geniş institusional imkanlarla həyata keçirəcək.  
Sənəddən aydın olur ki, bu qərar ölkənin kibertəhlükəsizlik sisteminin növbəti inkişaf mərhələsi və rəqəmsal suverenliyin gücləndirilməsi istiqamətində mühüm strateji addımdır. Başqa sözlə, MKAnın yaradılması özlüyündə ölkənin kibertəhlükəsizlik idarəetmə modelinin yeni mərhələyə keçididir.  
   MKA hansı zərurətdən yaradılıb?      
Qurumun rəhbəri Fərid Zeynalov bildirir ki, Azərbaycan da qlobal tendensiyaları nəzərə alaraq son illərdə bu istiqamətdə mühüm addımlar atıb. Azərbaycan Respublikası Prezidentinin 2026cı il 27 fevral tarixli 953 nömrəli Sərəncamı  ilə təsdiq edilmiş Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028ci illər üçün Fəaliyyət Planı, Milli Kibertəhlükəsizlik Strategiyasının qəbul edilməsi, kritik informasiya infrastrukturlarının qorunması üzrə yeni mexanizmlərin yaradılması və dövlət qurumlarında təhlükəsizlik standartlarının gücləndirilməsi bu siyasətin əsas elementləri olub. Məhz bu proseslərin məntiqi davamı kimi Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb.  
   Yeni Agentliyin əsas missiyası nə olacaq?     
Fərid Zeynalov qeyd edir ki, Agentlik ölkədə kibertəhlükəsizlik sahəsində tənzimləmə və nəzarət funksiyalarını həyata keçirəcək, informasiya infrastrukturlarının dayanıqlığını artıracaq, kibertəhdidlərin aşkarlanması, araşdırılması və qarşısının alınması üzrə fəaliyyət göstərəcək. Bununla yanaşı, MKA milli CERT funksiyalarını yerinə yetirərək, kibertəhdidlər barədə məlumatların toplanmasını, təhlil edilməsini və aidiyyəti qurumlarla paylaşılmasını təmin edəcək.  
Agentliyin fəaliyyətində diqqətçəkən məqamlardan biri preventiv yanaşmanın ön plana çıxarılmasıdır. Məqsəd yalnız baş vermiş insidentlərə reaksiya vermək deyil, həm də potensial təhdidlərin əvvəlcədən müəyyənləşdirilməsi və risklərin minimuma endirilməsidir.  
 Dövlət və özəl sektor üçün vahid koordinasiya platformasıDövlət və özəl sektor üçün vahid koordinasiya platforması   
Milli Kibertəhlükəsizlik Agentliyinin mühüm vəzifələrindən biri ölkədə fəaliyyət göstərən informasiya infrastrukturu subyektləri arasında koordinasiyanın gücləndirilməsidir.  
Bu, dövlət qurumları, telekommunikasiya operatorları, internet provayderləri, maliyyə institutları və digər strateji əhəmiyyətli təşkilatlar arasında məlumat mübadiləsinin daha operativ və sistemli şəkildə həyata keçirilməsinə imkan verəcək.  
Bu da olduqca vacib məqamdır. Çünki müasir kiberməkanda effektiv müdafiə yalnız ayrıayrı qurumların deyil, bütöv ekosistemin koordinasiyalı fəaliyyəti nəticəsində mümkündür.  
Fərdi məlumatların mühafizəsinə xüsusi diqqət  
Yeni Agentliyin fəaliyyət istiqamətlərindən biri də fərdi məlumatların mühafizəsi olacaq.  
Agentlik fərdi məlumatların qanunsuz toplanılması və işlənilməsi ilə bağlı müraciətləri araşdıracaq, bu sahədə nəzarət mexanizmlərini tətbiq edəcək və qanunvericiliyin tələblərinə əməl olunmasını təmin edəcək.  
Rəqəmsal xidmətlərin sürətlə inkişaf etdiyi müasir dövrdə bu istiqamət vətəndaşların rəqəmsal hüquqlarının qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.  
 Azərbaycanın beynəlxalq mövqeyi necə dəyişə bilər?   
MKAnın yaradılması Azərbaycanın beynəlxalq kibertəhlükəsizlik əməkdaşlığında rolunu da gücləndirə bilər.  
Bu gün kibertəhlükələr transmilli xarakter daşıyır və onlara qarşı effektiv mübarizə yalnız beynəlxalq əməkdaşlıq şəraitində mümkündür. Yeni Agentlik xarici tərəfdaşlarla, beynəlxalq təşkilatlarla və digər ölkələrin milli kibertəhlükəsizlik qurumları ilə əməkdaşlığı daha da genişləndirmək imkanına malik olacaq.  
Mütəxəssislər hesab edirlər ki, bu qərar Azərbaycanın regional kibertəhlükəsizlik mərkəzlərindən birinə çevrilməsi istiqamətində atılmış mühüm addımdır.  
   Yeni mərhələnin başlanğıcı     
2013cü ildə yaradılmış Elektron Təhlükəsizlik Xidməti ötən illər ərzində ölkədə kibertəhlükəsizlik sisteminin formalaşmasında mühüm rol oynayıb. Məhz bu qurumun bazasında yaradılan Milli Kibertəhlükəsizlik Agentliyi həmin təcrübəni və potensialı daha geniş institusional çərçivədə davam etdirəcək.  
Yeni Agentliyin yaradılması Azərbaycanın rəqəmsal inkişaf gündəliyinin mühüm tərkib hissəsidir və ölkənin kiberməkanda təhlükəsizliyinin təmin olunmasına, rəqəmsal iqtisadiyyatın dayanıqlığının artırılmasına və milli maraqların qorunmasına xidmət edəcək.  
Beləliklə, Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması ilə Azərbaycanda kibertəhlükəsizlik sahəsində yeni mərhələnin əsası qoyulur. Bu mərhələ dövlət, biznes və vətəndaşların rəqəmsal təhlükəsizliyinin daha yüksək səviyyədə təmin edilməsinə yönəlmiş institusional transformasiya kimi qiymətləndirilir.  
				<content:encoded> <![CDATA[Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlamasında qeyd olunub.  
Bildirilib ki, dünyanın tanınmış transmilli media şirkətinin heç bir fakta istinad etmədən açıqaşkar feyk məlumat tirajlaması məqsədli şəkildə həyata keçirilmiş kobud informasiya manipulyasiyasıdır.  
Dezinformasiya yaymaqla media etikasının dəyərlərinə və xəbərdə balansın qorunması kimi peşəkar jurnalistikanın təməl prinsiplərinə məhəl qoymayan CNN özünün reputasiyasını ləkələməklə yanaşı, həm də hibrid müharibənin propaqanda aləti kimi çıxış edib.  
CNNin yaydığı dezinformasiya Azərbaycana və bütünlükdə regional təhlükəsizliyə qarşı yönəlmiş siyasi təxribatdır və bu məlumatın yayılması beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmaqla yanaşı, regional sabitliyə və dövlətlərarası münasibətlərə zərbə vurmağa və regionda gərginlik yaratmağa hesablanıb.  
Dəfələrlə ən yüksək rəsmi səviyyədə bəyan edilib ki, Azərbaycan Respublikası ərazisindən heç bir halda İran İslam Respublikasına qarşı istifadə olunmayıb və bu qəbildən olan uydurma, qərəzli məlumatlar kobud informasiya manipulyasiyasıdır.  
Regional təhlükəsizliyi təhdid edən, media etikası və jurnalist peşəkarlığı prinsiplərinə zidd formada məlumat yayaraq ictimai rəyi çaşdırmağa çalışan CNNdən təkzib verməsini və Azərbaycandan üzr istəməsini tələb edirik,  açıqlamada qeyd olunub.  
      AzVision.az      ]]></content:encoded>
				<content:encoded> <![CDATA[​AzVision.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın mətbuat katibi Fidan Seyidşahqızı quruma təşkil olunmuş mediatur çərçivəsində deyib.  
​Mətbuat katibi bildirib ki, müsabiqəyə müraciətlər Nazirliyin vahid elektron platforması – Əmək və Məşğulluq Altsistemi (ƏMA) vasitəsilə tam elektronlaşdırılmış qaydada aparılır. Seçim prosesi ümumilikdə iki hissədən ibarətdir və bunun ilk mərhələsini Milli Observatoriyanın Qiymətləndirmə Mərkəzi tərəfindən təşkil edilən imtahan prosesi təşkil edir.  
​Fidan Seyidşahqızının sözlərinə görə, imtahan mərhələsində namizədlərə 100 dəqiqə vaxt ayrılır. Sualların 70 faizini düzgün cavablandıran şəxslər müvəffəqiyyətli hesab edilərək ikinci — müsahibə mərhələsinə buraxılırlar. Bu mərhələdə qabaqcadan elan olunmuş proqram əsasında namizədlərin bilik səviyyəsi və vəzifəyə uyğunluğu xüsusi üsullarla yoxlanılır.  
​Açıqlamada həmçinin bəzi namizədlərin ilkin imtahan mərhələsindən azad edildiyi diqqətə çatdırılıb. Sənəd qəbulu zamanı təsdiqedici sənədləri sistemə yüklədikləri halda birbaşa müsahibəyə buraxılan kateqoriyalar aşağıdakılardır:  
​Elmlər doktoru elmi dərəcəsi olan namizədlər  
Azı 5 il dövlət qulluğu stajı olan dövlət qulluqçuları  
​Peşəkar mühasib və tibb sertifikatı olan şəxslər  
​Yüksəliş müsabiqəsinin finalçıları  
​Gənc Dost könüllü proqramını A sertifikatı ilə bitirən könüllülər.  
​Qeyd edək ki, mediatur çərçivəsində media nümayəndələri həmçinin Milli Observatoriyanın Təlim və İnkişaf Mərkəzinin fəaliyyəti ilə tanış olublar. Cari ilin 5 ayı ərzində Mərkəzdə 2700dən çox əməkdaş üçün funksional və yumşaq bacarıqlar (soft skills) üzrə 93 mövzuda 140 təlimin təşkil olunduğu, həmçinin əmək bazarının monitorinqi və sosial müdafiə sahəsində aparılan tədqiqatlar barədə məlumat verilib.
 S. Həsənova 
AzVision.az
				<content:encoded> <![CDATA[Qabaqcıl bulud texnologiyaları və süni intellekt həllərinin məhdud rəqəmsal resurslara malik dillərə uyğunlaşdırılması baxımından bu layihə AWSin rəsmi platformasında uğurlu nümunə kimi təqdim olunub. Bu layihə ölkə üçün xüsusi əhəmiyyət daşıyır. Belə ki, Azərbaycan dilini anlayan və onun xüsusiyyətlərini nəzərə alaraq məlumatları düzgün emal edən süni intellekt sistemlərinin yaradılması ölkənin rəqəmsal inkişafı və texnoloji transformasiyası baxımından vacib istiqamətlərdən biridir. 
Azərbaycan dili zəngin qrammatik quruluşu və nisbətən məhdud rəqəmsal dil resursları səbəbindən süni intellekt modellərinin öyrədilməsi üçün mürəkkəb dillərdən hesab olunur.  
Azercell və AWSin birgə yaratdığı platforma Azərbaycan dilində daha böyük həcmdə mətnlərin emalı üçün zəmin yaradaraq süni intellekt modellərinin təlim prosesinin səmərəliliyini artırır.  
Bu əməkdaşlıq modeli qlobal texnologiya bazarında müşahidə olunan tendensiyanı da əks etdirir. Belə ki, hazırda dünyada telekommunikasiya operatorları və hiperskaler qismində çıxış edən dünyanın aparıcı texnologiya şirkətləri bulud xidmətləri, data analitikası və süni intellekt sahələrində innovasiyaların inkişafını sürətləndirmək üçün səylərini birləşdirirlər. 
Azercell üçün bu əməkdaşlıq ənənəvi telekommunikasiya operatorundan texnologiya yönümlü rəqəmsal şirkətə transformasiyasında növbəti mərhələdir. 
Qeyd edək ki, Azərbaycan dili üçün süni intellekt həllərinin lokallaşdırılması Azərbaycan Respublikasının 2025–2028ci illər üzrə Süni İntellekt Strategiyasının əsas prioritetlərindən biri hesab edilir. Yaradılmış texnoloji platforma Azercellin süni intellekt ekosisteminin inkişafı üçün baza rolunu oynayacaq. Platforma gələcəkdə intellektual virtual köməkçilər, çatbotlar və digər rəqəmsal xidmətlərin inkişafını sürətləndirərək müştəri xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə və istifadəçi təcrübəsinin fərdiləşdirilməsinə imkan yaradacaq. 
Qeyd edək ki, Azercellin Azərbaycan dili üçün süni intellekt texnologiyalarının inkişafına yönəltdiyi investisiyalar şirkətin rəqəmsal potensialını gücləndirməklə yanaşı, ölkənin milli rəqəmsal ekosisteminin və innovasiya mühitinin inkişafına da töhfə verir.]]></content:encoded>
				<content:encoded> <![CDATA[Ekspert qeyd edib ki, süni intellekt sahəsində müəyyən boşluqların mövcudluğu təkcə Azərbaycana deyil, bütün dünyaya xas olan haldır. Bu, yeni formalaşan sahədir. Dövlətlər və özəl sektor bu istiqamətdə hələ öyrənmə mərhələsindədir. Ona görə də boşluqların olması təbiidir. Bununla yanaşı, dövlət tərəfindən bu sahənin inkişafı üçün mühüm addımlar atılır. Buna boşluqlar deyil, inkişaf etdirilməli istiqamətlər kimi baxmağın daha doğrudur.  
T.Kusebanın sözlərinə görə, ilk növbədə ölkədə süni intellekt üzrə ayrıca qanunun qəbuluna ehtiyac var. Son iki ildə dəfələrlə bildirmişik ki, Azərbaycanda süni intellekt haqqında qanun qəbul olunmalıdır. Bu, hüquqi baxımdan vacib məsələlərdən biridir. Artıq dövlət qurumlarında da belə bir qanunun zəruriliyi ilə bağlı fikirlər səsləndirilir. Süni intellekt sənayesi bütün dünyada son 56 ildə daha aktivləşibsə, Azərbaycana bu dalğa yeni gəlib. Biz bu proseslərə hazırlıqlı olmalıyıq, – deyə ekspert Azərtaca    açıqlamasında    bildirib. 
Teymur Kuseba əlavə edib ki, süni intellekt texnologiyalarının növbəti inkişaf mərhələsi fiziki süni intellekt və robot sistemləri ilə bağlı olacaq. 
Bu gün kompüterlərdə istifadə etdiyimiz süni intellekt sabah robotlarda, pilotsuz nəqliyyat vasitələrində, çatdırılma sistemlərində və digər fiziki platformalarda tətbiq olunacaq. Buna görə də hesab edirəm ki, robot texnologiyaları və fiziki süni intellektlə bağlı ayrıca qanunun qəbul edilməsi məqsədəuyğun olardı. Bu çox vacibdir. Bu texnologiyalar yaxın illərdə həyatımızın bir hissəsinə çevriləcək və biz onların hüquqi tənzimlənməsinə indidən hazır olmalıyıq. Robotlar üçün xüsusi infrastruktur indidən qurulmalıdır. Bu prosesə biz bu gündən hazırlaşmalıyıq,  deyə T.Kuseba qeyd edib. 
Ekspert bildirib ki, xüsusilə Qarabağda ağıllı şəhər və ağıllı kənd layihələrində gələcək texnologiyalar üçün zəruri infrastrukturun əvvəlcədən nəzərə alınması vacibdir. 
Bu gün biz ağıllı kəndlərdən danışırıq. Amma gələcəkdə çatdırılma robotlarının fəaliyyəti, dron platformaları, enerji doldurma məntəqələri kimi məsələlər də aktuallaşacaq. İnfrastruktur qurularkən bu ehtiyaclar əvvəlcədən nəzərə alınmalıdır. Hazırda dövlətimiz bu istiqamətdə bir çox işlər görür, bir sıra qanun layihələri qəbul olunur, yeni qurumlar yaradılır. Lakin robotlar və süni intellekt məhsullarının istehsalı və istifadəsi kimi məsələlərin qanunvericiliklə tənzimlənməsi də vacibdir,  deyə o vurğulayıb.]]></content:encoded>
				<content:encoded> <![CDATA[Milli Observatoriyanın fəaliyyəti ilə tanış olan media nümayəndələri qurumun Qiymətləndirmə Mərkəzində Nazirliyin tabeliyində olan qurumlarda vakant vəzifələrin tutulması məqsədilə keçirilən müsabiqələrin imtahan mərhələsini izləyiblər.   
Jurnalistlərə imtahanların təşkili prosesində tətbiq olunan qiymətləndirmə mexanizmləri və şəffaflıq prinsipləri barədə məlumat verilib.  
Onlar daha sonra Milli Observatoriyanın Təlim və İnkişaf Mərkəzində olub, buradakı təlim prosesini izləyiblər. Cari ilin 5 ayı ərzində Mərkəzdə 2700dən çox əməkdaş üçün funksional və yumşaq bacarıqlar üzrə 93 mövzuda 140 təlimin təşkil olunduğu bildirilib.   
Qeyd olunub ki, təlimlərin əsas məqsədi əməkdaşların peşəkar inkişafına, idarəetmə və kommunikasiya bacarıqlarının gücləndirilməsinə yönəlib.  
Mediatur zamanı iştirakçılar həmçinin Milli Observatoriyada əmək bazarının monitorinqi və sosial müdafiə sahəsində aparılan tədqiqatlar barədə məlumatlandırılıblar.   
      AzVision.az        
				<content:encoded> <![CDATA[Bu sınaq uçuşu proqramın mühüm mərhələsidir, uzunmüddətli aviareyslərin təhlükəsizliyi və səmərəliliyinin yoxlanmasına xidmət edir.  
Təyyarə əsasən Avstraliyanın Qantas şirkəti üçün hazırlanır. Məqsəd    Sidney və London arasında    təxminən 18 500 kilometr (10 000 dəniz mili) məsafəni dayanmadan qət etməkdir. Uçuşun baş tutacağı halda kommersiya aviasiyası tarixində ilk dəfə bu iki şəhər arasında birbaşa reylər mümkün olacaq.  
Plana əsasən, Qantas ilk A3501000ULR təyyarəsini 2027ci ilin aprelində təhvil alacaq. Şirkət əvvəlcə bu marşrutu 2025ci il, daha sonra isə 2026cı ilin sonlarında istifadəyə verməyi planlaşdırırdı, lakin proqramda gecikmələr baş verib. Şirkət ümumilikdə 12 ədəd A3501000ULR təyyarəsi sifariş edib. Bundan əlavə, Qantas uzunməsafəli, lakin daha qısa reyslər üçün nəzərdə tutulmuş 12 ədəd standart A3501000 modeli üçün də Airbus şirkətinə sifariş verib.  
Hazırda kommersiya aviasiyasında ən uzun fasiləsiz uçuş Singapore Airlines tərəfindən həyata keçirilir. Bu reys Sinqapur ilə NyuYork arasında təxminən 15 350 kilometr məsafəni 18 saatdan çox müddətdə qət edir. Airbusun yeni modeli isə bu rekordun üzərində yeni standart yaratmağı hədəfləyir və uzunməsafəli hava nəqliyyatında yeni dövrün başlanğıcı kimi qiymətləndirilir.]]></content:encoded>
				<content:encoded> <![CDATA[Bu barədə DİNin mətbuat xidmətindən məlumat verilib. 
Bildirilib ki, kiberpolisin həyata keçirdiyi əməliyyattexniki tədbirlərlə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən daha 2 nəfər  20 yaşlı Cəfər Bayramzadə və 23 yaşlı Eynulla Mailov müəyyən edilərək saxlanılıblar. 
Araşdırmalarla müəyyən edilib ki, onlar sosial şəbəkələrdə müxtəlif bank və bank olmayan kredit təşkilatlarının rəsmi səhifələrinə oxşar saxta profillər yaradaraq, vətəndaşlara aşağı faizli, sürətli və zaminsiz kredit təklif ediblər. 
Zərərçəkənlər C.Bayramzadə və E.Mailovun onlara göndərdikləri saxta linklərə öz kart nömrələrini, CVV və OTP kodlarını daxil etdikdən sonra isə bu informasiyalar birbaşa həmin şəxslərin nəzarətinə keçib. Nəticədə onlar hesablara qanunsuz giriş əldə edərək vəsaitləri müxtəlif kartlara köçürüb və sonradan nağdlaşdırıblar. 
Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb. E. Mailov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, C. Bayramzadə ilə bağlı isə istintaq tədbirləri davam etdirilir. 
Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, kredit və digər maliyyə xidmətlərindən istifadə zamanı yalnız rəsmi və lisenziyalı platformalara etibar etsinlər, kart məlumatlarını naməlum keçidlərdə paylaşmasınlar və şübhəli hallarla qarşılaşdıqları zaman dərhal polis orqanlarına müraciət etsinlər,  deyə məlumatda vurğulanıb.]]></content:encoded>
				<content:encoded> <![CDATA[AzVision.az xəbər  verir ki, tədbir səhiyyə liderlərini, dövlət qurumlarının nümayəndələrini, media təmsilçilərini və ictimaiyyət nümayəndələrini bir araya gətirərək ölkənin ən aktual, lakin çox zaman yanlış başa düşülən sağlamlıq problemlərindən biri olan piylənmənin tibbi, sosial və ictimai səhiyyə baxımından təsirlərinin müzakirəsinə həsr olunub.  
Qlobal miqyasda olduğu kimi, Azərbaycanda da yayılma səviyyəsi artmaqda olan piylənmə hələ də çox vaxt yalnız şəxsi məsuliyyət və həyat tərzi seçimi kimi qiymətləndirilir. Bu yanaşma isə bir çox hallarda vaxtında və düzgün tibbi yardımın alınmasını gecikdirə bilər. Piylənmə 200dən çox tibbi vəziyyətlə, o cümlədən 2ci tip şəkərli diabet, ürəkdamar xəstəlikləri, böyrək və qaraciyər pozğunluqları, eləcə də bəzi xərçəng növləri ilə yaxından əlaqələndirilir. Bu hallar insanların uzunmüddətli sağlamlığına və həyat keyfiyyətinə ciddi təsir göstərməklə yanaşı, səhiyyə sistemləri üzərində də artan yük yaradır.    
Bu kontekstdə Novo Nordisk orijinal semaqlutid tərkibli yeni GLP1 preparatının Azərbaycanda istifadəyə təqdim olunduğunu bildirir. Preparatın ölkəmizdə əlçatan olması həkim nəzarəti altında fərdiləşdirilmiş müalicə imkanlarını genişləndirməklə yanaşı, piylənmə ilə bağlı ictimai maarifləndirmənin gücləndirilməsinə də töhfə verə bilər. Yeni təqdim olunan preparat piylənmə ilə yaşayan insanlar üçün nəzərdə tutulmuş həftədə 1 dəfə istifadə edilən müalicə vasitəsidir. Preparatın istehsal prosesi Danimarkada yerləşən, beynəlxalq standartlara uyğun sertifikatlaşdırılmış nüfuzlu istehsal müəssisələrində həyata keçirilir və ABŞ Qida və Dərman Administrasiyası, Avropa Dərman Agentliyi daxil olmaqla aparıcı qlobal tənzimləyici orqanlar tərəfindən təsdiqlənib. Həmçinin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən də rəsmi təsdiqini almışdır.  
Orijinal semaqlutid həm klinik tədqiqatlarda, həm də real klinik praktikada geniş şəkildə öyrənilib və bu günədək dünyada 49 milyondan çox istifadə təcrübəsinə malikdir.  
Tədbirdə çıxış edən Danimarkanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab  Ole Toft  səhiyyə sahəsində daha yaxşı nəticələrə nail olmaq üçün tərəfdaşlığın əhəmiyyətini vurğulayaraq bildirib:  
Piylənmə kimi kompleks sağlamlıq problemlərinin həlli əməkdaşlıq, innovasiya və insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş ortaq öhdəlik tələb edir. Danimarka səhiyyə innovasiyaları sahəsində güclü irsə malikdir və bu təcrübənin Azərbaycanın səhiyyə mühitində mənalı irəliləyişə töhfə verdiyini görmək sevindiricidir.  
Piylənmə artıq səhiyyə müzakirələrinin kənarında qalmamalıdır, – deyə Novo Nordiskin Azərbaycan üzrə rəhbəri  Şule Erdim Ersoy  bildirib. Uzun müddət piylənmə yalnız iradə məsələsi kimi təqdim olunub. Halbuki elm bunun daha mürəkkəb tibbi vəziyyət olduğunu göstərir. Novo Nordisk diabet sahəsində 100 ildən artıq təcrübəyə və ciddi xroniki xəstəliklərin müalicəsində dərin biliklərə malik qlobal səhiyyə lideridir. Şirkət həmçinin piylənmə sahəsində üç onillikdən artıq müddətdə məqsədyönlü elmi tədqiqatlar aparır. Bizim üçün bu, yeni bir istiqamət deyil. Bu, elmə, məsuliyyətə və pasiyent təhlükəsizliyinə əsaslanan uzunmüddətli öhdəlikdir.  
EASO ECNin Azərbaycan üzrə İdarə Heyətinin üzvü, piylənmə müalicəsi üzrə mütəxəssis həkim Emil Hidayətli bildirib:  
Bir çox pasiyent üçün piylənmə və artıq çəki sadəcə həyat tərzi seçimlərinin nəticəsi deyil. Heç kim bu vəziyyəti özü seçmir — bu bir xroniki haldır. Hər pasiyentin yolu fərqlidir və bir çox insan üçün çəkinin idarə olunması bioloji səbəblərə görə çətin olaraq qalır. Piylənmə ilə yaşayan insanları həkimləri ilə danışmağa və peşəkar tibbi dəstək almağa təşviq edirəm.  
Novo Nordisk Azərbaycanın Tibbi Meneceri Aytən Aslanovanın sözlərinə görə: Semaqlutid tərkibli GLP1 preparatı piylənmənin müalicəsində yalnız çəki azalmasına deyil, xəstəliyin daha kompleks idarə olunmasına yönəlmiş elmi əsaslı yanaşmanı təmsil edir. Klinik tədqiqatlar semaqlutidin bədən çəkisinin əhəmiyyətli və davamlı azalmasına kömək edə biləcəyini, həmçinin müəyyən pasiyent qruplarında ürəkdamar sağlamlığı baxımından əlavə klinik faydalar göstərdiyini ortaya qoyur.  
   Novo Nordisk haqqında     
Novo Nordisk 1923cü ildə təsis edilmiş və baş ofisi Danimarkada yerləşən aparıcı qlobal səhiyyə şirkətidir. Şirkətin məqsədi diabet sahəsindəki irsinə əsaslanaraq ciddi xroniki xəstəliklərə qalib gəlmək üçün dəyişikliklərə təkan verməkdir.  
Novo Nordisk bu məqsədi elmi yeniliklərə öncülük etməklə, dərmanlara çıxışı genişləndirməklə, xəstəliklərin qarşısının alınması və nəticədə onların müalicəsi istiqamətində çalışmaqla həyata keçirir. Şirkət təxminən 68 800 əməkdaşı ilə 80 ölkədə fəaliyyət göstərir və məhsullarını təxminən 170 ölkədə təqdim edir.  
Novo Nordisk Azərbaycanda 20 ildən artıqdır fəaliyyət göstərir. Bu müddət ərzində şirkətin əsas diqqəti diabetlə yaşayan insanların müalicə imkanlarına çıxışının yaxşılaşdırılmasına, səhiyyə mütəxəssislərinin dəstəklənməsinə və xroniki xəstəliklər barədə maarifləndirmənin artırılmasına yönəlib. Bu gün Novo Nordisk həmin uzunmüddətli təcrübə və elmi əsaslı yanaşmanı piylənmə ilə mübarizə sahəsinə də tətbiq etməklə Azərbaycanda daha sağlam gələcəyin formalaşmasına töhfə verməyi hədəfləyir.  